"TEKNOFEST"in Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür - Emin Əmrullayev

29 May 2022 15:11

"TEKNOFEST" festivalının Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür.

Bunu Trend-ə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, ümumtəhsil müəssisələri "TEKNOFEST"də geniş şəkildə təmsil olunurdu.

"300-ə yaxın ümumtəhsil müəssisəsindən, həmçinin ali təhsil müəssisələrindən komandalar bu festivalda iştirak edir. Qaliblər arasında ümumtəhsil, peşə, ali təhsil müəssisələrinin komandaları var idi. "TEKNOFEST" festivalı Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının növbəti təzahürüdür. Eyni zamanda düşünürəm ki, bu festival təhsil sahəsində də inkişafa dəstək olacaq" , - deyə E.Əmrullayev bildirib.

Milli.Az