Pirlo yenidən A Seriyasına dönür

29 May 2022 16:45

"Yuventus"un keçmiş baş məşqçisi Andrea Pirlo yenidən məşqçiliyə qayıda bilər.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, A Seriyasının debütantı "Kremonese" 43 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. 

Klub rəhbərliyi potensial əməkdaşlığın detallarını müzakirə etmək üçün artıq italyan mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Pirlo "Yuventus"u 2020-ci ilin avqustundan 2021-ci ilin mayına kimi çalışdırıb.

Milli.Az