Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə yoxa çıxdı

29 May 2022 15:22

Nepalda özəl aviaşirkət "Tara Air"in təyyarəsi yoxa çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, təyyarədə 3 ekipaj üzvü, 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı olub.

Mənbələrin bildirdiyinə görə, Kanada istehsalı olan kiçik "Twin Otter" təyyarəsi Pokharadan Comsoma uçarkən itib.

Hazırda onun axtarışı davam edir.

Milli.Az