Britaniya üçün gələn il Şengen razılaşmasının vaxtı bitir

29 May 2022 15:15

Böyük Britaniya vətəndaşları 2023-cü ildən ertibarən Avropa İttifaqına daxil ola bilmək üçün viza almalı olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə The Daily Express məlumat yayıb.

Nəşr bildirir ki, Britaniya Aİ-dən çıxdığı üçün 2023-cü ildə Şengen razılaşmasının vaxtı bitir. Bu səbəbdən İttifaqa üzv olan 27 ölkəyə səfər etməjk üçün viza tələb olunacaq.

Bununla belə, viza tələbi qısamüddətli səfərlərə şamil edilməyəcək.

Milli.Az