Finlandiya F-35-ləri ölkənin şimalına yerləşdirir

29 May 2022 15:07

Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Hərbi Hava Qüvvələrinə məxsus F-35-lərin donanması ilk dəfə 2026-cı ildə Rovaniemidəki Laplandiya Hərbi Hava Qüvvələrində xidmətə girəcək", - məlumatda qeyd olunub.

Milli.Az