Qəzzafinin ailəsi ilə bağlı yeni qərar verildi

29 May 2022 12:30

Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə, qızı Ayşə və oğlu Məhəmmədə 6 aylıq səyahət icazəsi verilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının rəsmi saytı açıqlama yayıb.

Qəzzafi ailəsinin üç üzvünün səyahət icazələrinin 1 iyun - 30 noyabr tarixləri arasında etibarlı olduğu bildirilib.

Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Liviya Komitəsinin zərurət yaranarsa, bu şəxslərin səyahət icazəsini uzada biləcəyi bildirilib.

Milli.Az