Fransada quraqlıq pik həddə: su yoxdur

29 May 2022 12:00

Fransada rekord istilərə görə yaranan quraqlıq səbəbindən 24 departamentdə şirin sudan istifadə ilə bağlı qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Le Figaro" qəzeti xəbər verib.

Məlumata əsasən, quraqlıqdan təsirlənən departamentlərdə hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına və bəzi hallarda bağların suvarılmasına qadağa kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən istilərdən zərər çəkən departamentlərin siyahısını dərc edib.

Milli.Az