Türkiyəli müğənninin konsertində silahlı dava, yaralılar var - VİDEO - FOTO

29 May 2022 10:37

Türkiyəli müğənni Cengiz Kurtoğlunun konsertində silahlı dava olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sakaryanın Kaynarca rayonunda təşkil edilən festivalın bağlanış konsertində Cengiz Kurtoğlu səhnədə olarkən silahlı dava düşüb.

Üç nəfər arasında başlayan mübahisə davaya çevrilib.

Nəticədə bir nəfər odlu silahla vurulub, güllələrdən biri isə üç yaşlı uşağı yaralayıb. Yaralılara hadisə yerində təcili müdaxilə edilib. Onların müalicəsi xəstəxanada davam etdirilir.

Silah səslərindən sonra konsert izləyiciləri hadisə yerindən qaçmağa başlayıb.

Hadisədə şübhəli olan iki nəfər tutulub. Araşdırmalar aparılır.

Milli.Az