İranlı general yeraltındakı gizli PUA bazasına getdi

28 May 2022 22:34

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri "313 Məxfi Dron Bazası"na baş çəkib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Sözügedən bazanın İranın gizli və yeraltı PUA bazalarından biri olduğu bildirilir.

Səfər zamanı general Bagiriyə müxtəlif hərbi hücum və uzaqmənzilli pilotsuz təyyarələrin istehsalı sahəsində ən son imkanlar barədə məlumat verilib.

Milli.Az