"100 kiloqram olum, təki bu ağrılardan qurtulum" - Demet Akalın

28 May 2022 22:23

Son zamanlar aldığı çəkilərlə diqqət çəkən türkiyəli müğənni Demet Akalının hansı xəstəlikdən əziyyət çəkdiyi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü açıqlama yayıb. O, bir aydan çoxdur miqrendən müalicə aldığını bildirib.

"Təzyiqim düşdü, pəhriz saxlayıram, başım fırlanır. Çox kortizon istifadə etdiyim üçün bir qədər kökəldim. 100 kiloqram olum, təki bu ağrılardan qurtulum. Beş professorun qəbulunda olmuşam" deyə, Demet deyib.

Qeyd edək ki, son günlər ifaçının səhnəyə idman kostyumlarında çıxması müzakirələrə səbəb olub.

Milli.Az