25 yaşlı aktrisa xastəxanalıq oldu

28 May 2022 22:21

Məşhur "The Bridgertons" serialının ulduzu Rubi Barker xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. 25 yaşlı aktrisa hazırda yaşadığı psixi problemlərə görə xəstəxanada müalicə aldığını açıqlayıb. Rubi keçirdiyi çətin dövrlə əlaqədər fəaliyyətinə ara verdiyini və diqqətini müalicəsinə yönəltdiyini bildirib.

"İnsanlar həmişə mənə deyirdilər ki, özünə qarşı bu qədər tələbkar olma. Amma bunun nə demək olduğunu heç vaxt başa düşmürdüm. Dünyanın ağırlığını kürəyimdə daşıdım. Amma belə davam edə bilmərəm, dəyişməliyəm. İndi bunu etməyə çalışıram" deyə, Rubi deyib.

Aktrisa diaqnozunun dəqiq adını çəkməyib.

Milli.Az