“Bizdə Tarkandan başqa dünya ulduzu çıxmaz”

28 May 2022 17:30

Türkiyəli müğənni Demet Akalın gənc həmkarı Aleyna Tilkini tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Aleyna Tilkinin heç vaxt dünya ulduzu ola bilməyəcəyini deyib: "Çox istərdim, amma ondan dünya ulduzu olmaz. Bizdə bir dünya ulduzu var, o da Tarkandır. Başqa dünya ulduzları olmayacaq. Gəlin həqiqəti qəbul edək".

Qeyd edək ki, iki məşhur arasındakı qalmaqal bir müddətdir ki, davam edir. Demet Akalın Tilkini oynadığı seriala görə tənqid etmişdi. Akalın onun haqqında "Dünya ulduzu olacağam dedi, amma uşaq serialında oynayır", - ifadəsini işlətmişdi.

Xatırladaq ki, Aleyna Tilki "İşte bu benim masalım" adlı serialda rol alıb.

Milli.Az