İranda təlim təyyarəsi qəzaya düşüb - VİDEO

28 May 2022 13:22

Fars körfəzində İranın Qeşm adası yaxınlığında yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qeşm rayonu icra başçısı Məhəmməd Məhəmmədhüseyni deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən təyyarənin iki pilotu sağ-salamatdır və balıqçılar tərəfindən ixlas olunublar.

Təlim təyyarəsi İranın Bəndər Abbas şəhərindən Qeşm adasına uçurmuş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az