Meyvə-tərəvəz zəhərlənməsindən necə qorunaq? - VİDEO

29 May 2022 04:22

Son günlərdə meyvə-tərəvəzdən zəhərlənmələr artıb...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, may ayınının əvvəlindən bu günə kimi 21 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edib. Toksikilogiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, əsas zəhərlənmə çiyələkdən olub. Tez yetişdirilən çiyələklərin tərkibində nitratların və nitritlərin çox olması bu kimi hallara yol açır.

Qida eksperti Ağa Salamov da daha çox yay aylarında zəhərlənmə hallarının baş verdiyini deyir. Toyuq, ət, balıq, ağartı kimi riskli məhsulların dügzün mühafizə olunmaması  və bazarlarda hibrid, yəni dərmanlarla yetişdirilmiş meyvə və tərəvəzlərin satılması zəhərlənmə hallarını artırır.

Qida eksperti vətəndaşların meyvə tərəvəzləri təmizləmək üçün sirkədən istifadə etdiyini, lakin bunun çox yanlış olduğunu vurğulayıb.

Ağa Salamov meyvə-tərəvəz yeyərkən uşaqların və yaşlı insanların daha diqqətli olmalarını vacib sayır.

Milli.Az