Brilliant Dadaşova bu səbəbdən bahalı avtomobilini satdı

28 May 2022 11:22

İyunun 1-də Xalq artisti Brilliant Dadaşovanın konserti baş tutacaq.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında musiqili proqramla çıxış edəcək ifaçı səhnədə "Səs Azərbaycan" yarışmasındakı gənclərlə birlikdə müxtəlif ifalarını səsləndirəcək.

Artıq keçirilməsinə bir neçə gün qalan konsertlə bağlı bəzi detallar yayılıb. Belə ki, Dadaşova "Səs Azərbaycan" iştirakçılarının səhnəyə çıxa bilməsi üçün kirayə götürməli olduğu avadanlıqlara görə şəxsi avtomobilini satıb. 

Bu haqda "shownews" instaqram səhifəsi məlumat yayıb. 

Milli.Az