Sakit okeana baxan villasını satır

28 May 2022 13:15

"La La Land", "Cruella" kimi filmlərin Oscar mükafatlı ulduzu Emma Stoun Malibudakı villasını satışa çıxarıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Texas ştatına köçən sənətçi uçurumun kənarında inşa edilmiş villain 4, 3 milyona alıcı axtarır.

Üç otaqlı, iki hamamlı ev 1958-ci ildə tikilib. Stoun və həyat yoldaşı, komediyaçı rejissor Deyv Makkari 2018-ci ildə mənzili 3,3 milyon dollara alıb və onu təmir etdirib.

163 kvadratmetrlik evin nəhəng pəncərələri Sakit okeana baxır.

Milli.Az