Biber xanımı ilə tətildə - FOTO

28 May 2022 11:45

Dünya şöhrətli kanadalı müğənni Castin Biber həyat yoldaşı ilə tətilə yollanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, uzun konsert turnesindən sonra sənətçi dincəlmək üçün Meksikanı seçib.

Castinin Heyli ilə görüntülərini paparatsiyalar lentə alıb. Onlar yaxtada görüntülənib.

Qeyd edək ki, cütlük 2018-ci ildən birlikdədir.

Milli.Az