Kiyev-Moskva danışıqlarını kim dayandırdı?

28 May 2022 10:52

ABŞ-ın Ukraynaya hərbi yardımının başlaması Kiyevin Moskva ilə danışıqlarını dayandırmasına səbəb oldu. O vaxtdan Kiyev danışıqlardan yayınır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

"Əslində, məhz Amerikanın Ukraynaya hərbi yardımının başlaması danışıqları dayandırdı. Həmin vaxtdan Kiyev danışıqlardan imtina yolunu tutub", - siyasətçi bildirib.

Milli.Az