Bu qadın qonaqlarına pişik yemi verirmiş - su puluna qənaət üçün isə... - FOTO

29 May 2022 01:22

ABŞ-nin Las-Veqas şəhərindən olan və özünü "ən qənaətcil milyonçu" adlandıran sahibkar Eymi Elizabet deyəsən xəsisliyinə görə "Ginnesin Rekordlar Kitabı"na düşmüş Qenrietta Houlendin rekordunu təzələmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, sərvəti 5,3 milyon dollar (təqribən 9 milyon manat) olan qadının "qənaət" məqsədi ilə elədikləri hər kəsi heyrətə gətirib. Elizabet inanır ki, pulun olması heç də onu hara gəldi səpələnə biləcəyi demək deyil. Onunu sözlərinə görə, qabyuyan süngəri toz halına gələnə qədər atmır. Su puluna qənaət etmək üçün isə çəngəl-bıçaqları ümumiyyətlə yumur, sadəcə silir. Üstəlik, o, balığı ucuz pişik yemi ilə əvəz edir, həta qonaqlarına belə bir yemək verir.

Milli.Az