İmtahanları uğurlu vermək üçün qida rasionu - FOTO

29 May 2022 00:22

Məktəblilər beyin hüceyrələrinin düzgün işləməsi və imtahanlardan uğurla keçə bilməsi üçün qidalanmalarına fikir verməlidirlər. Bunun üçün onlar tərkibində maqnezium və yavaş karbohidratlar olan qidalardan istifadə etməlidirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Anna Lısenko məktəblilərə imtahanqabağı tövsiyələrində bildirib.

Onun sözlərinə görə, ilk növbədə, uşaqların erkən, saat 22.00-dan əvvəl yatması vacibdir. Bu, psixikanın və sinir sisteminin işinə təsir göstərir.

Qidalanma məsələsinə gəldikdə isə mütəxəssisin sözlərinə görə, maqnezium hüceyrələrin düzgün işləməsinə səbəb olur və sinir sisteminin işinə də təsir göstərərək rahatlıq, dinclik verir.

"Maqneziumu B - B6 vitamin qrupu ilə birləşdirmək yaxşı olardı", - deyə o əlavə edib.

Bundan əlavə, o, kifayət qədər miqdarda yavaş karbohidratlar, qarabaşaq yarması, düyü istehlakını tövsiyə edib, həmçinin rasiona tərəvəz və meyvələri daxil etməyi məsləhət görüb.

Rusiya biologiya elmləri namizədi Natalya Polovodova isə güclü psixi gərginlik dövründə uşağa qida rasionunun müxtəlifliyinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, balıq, kəsmik, qoz-fındıq, quru ərik və hətta bir-iki dilim şokolad kimi qidalar beynin fəaliyyətini stimullaşdırır.

Milli.Az