Gülşən Bakıda səhnəyə bu geyimdə çıxdı - FOTOREPORTAJ

28 May 2022 09:07

Türkiyənin populyar müğənnisi Gülşenin Bakı konserti baş tutub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur sənətçi bu gün Bakı Konqres Mərkəzində səhnə alıb.

Tez-tez geyim tərzi ilə gündəm olan ifaçının burada seçdiyi libas da diqqət çəkib.

Gülşen sevilən mahnılarını səsləndirməklə yanaşı zaman-zaman tənqid olunan rəqsini də edib.

Xitlərini ifa edən sənətçi dinləyicilərinin də əyləşməsinə icazə verməyib.

Qeyd edək ki, gecədə Vüsalə Əlizadə aparıcılıq edib.

Milli.Az