Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

28 May 2022 08:49

Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub", - nazirlikdən bildirilib.

Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün insanlar həkim nəzarətindədir, lakin onlarda xəstəliyin heç bir əlaməti yoxdur.

Milli.Az