Abşeronda 22 yaşlı gənc kürəyindən bıçaqlanıb

28 May 2022 08:29

Abşeronda 22 yaşlı gənc kürəyindən bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Əkbər Namiq oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az