Ceyhun Bayramov: “Müstəqillik Günü münasibətilə ölkəmizə inkişaf, rifah arzu edirəm”

28 May 2022 08:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.

Yaşasın Azərbaycan!".

Milli.Az

Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan