Vaşinqtonda 28 may tarixi Azərbaycanın Müstəqillik Günü elan edilib - FOTO

28 May 2022 08:47

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer 28 mayın Azərbaycanın Müstəqillik Günü elan edilməsi barədə bəyannamə imzalayıb.

Bəyannamədə Azərbaycanın dünyada qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olması vurğulanır.

Sənəddə eləcə də Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi vurğulanır.

Eyni zamanda bu il Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il, ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından isə 31 il keçdiyi vurğulanır.

Bəyannamədə həmçinin azərbaycanlıların dünyanın 70 ölkəsində yaşadığını vurğulanır. Qeyd edilir ki, Azərbaycan icmasının 70 min üzvü zəngin mədəniyyətlərini və irslərini Kolumbiya dairəsinin sakinləri ilə bölüşürlər.

Milli.Az