Əfv sərəncamında adı olan bu şəxsin 87 yaşı var

28 May 2022 08:02

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının şamil olunduğu şəxslərdən birinin 87 yaşı var.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, 1935-ci il təvəllüdlü Şirəliyev Sərhəd Səhhəd oğludur.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 5 aprel tarixli hökmü ilə məhkum edilib.

Sərəncamla onun cəzasının çəkilməmiş hissəsi yarıyadək endirilib.

Milli.Az