ABŞ Ukraynaya raket sistemləri göndərəcək

28 May 2022 08:28

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya çoxlu sayda raket sistemləri göndərmək qərarına gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ehtimal edilir ki, bunlar "M31 GMLRS" (Guided Multiple Launch Rocket System) raket sistemləridir.

Amerika "MLRS"-ləri gələn həftə elan Ukraynaya növbəti hərbi yardım paketinə daxil ediləcək.

"M31 GMLRS"-nin atəş məsafəsi, sursatdan asılı olaraq, 70 ilə 500 km arasındadır.

Belə qurğular atəşi peyklərdən düzəldən idarə olunan raketlərlə təchiz oluna bilər.

Pentaqon cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar qəbul etməyib. Amerika mediası qeyd edir ki, Ağ Ev bəlkə də münaqişənin genişlənməsinə səbəb olmamaq üçün hələlik tədarüklər elan etməyib.

Milli.Az