"Apple"-in Çindəki zavodunda son ayda üçüncü qiyam

28 May 2022 08:03

Şanxayda "Apple" şirkətinin podratçılarından biri olan "Quanta Computer"-in istehsal sahəsində bir ayda üçüncü qiyam baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, işçilər uzun sürən karantin səbəbindən ilk tələbat vasitələrinin tükənməsindən narahatdırlar.

Çində növbəti COVID-19 dalğası səbəbindən Quanta Kompüter zavodunda Aprelin əvvəlindən iş şəraiti daha da sərtləşib. İşçilərə fabrik ərazisini tərk etmək qadağan edilib, onlar iş yerlərinə yaxın ərazidə yaşamağa məcbur edilir.

Xatırladaq ki, martın 28-də yerli hakimiyyət orqanları COVID-19-un yayılması səbəbindən Şanxayda son iki ildə ən sərt karantin rejimi tətbiq edib.

Milli.Az