Blinken və Kuleba telefonla danışdılar

27 May 2022 23:15

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Tərəflər ABŞ-ın Ukraynaya hərbi yardımı və qlobal ərzaq böhranından çıxış yollarını müzakirə ediblər.

"Dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya hərbi yardımının davam etdirilməsini müzakirə etmək üçün bu gün ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıb. Dövlət katibi və xarici işlər naziri qlobal ərzaq təhlükəsizliyi böhranının həlli istiqamətində görülən səylər barədə məlumat mübadiləsi aparıblar", - deyə bildirilib.

Milli.Az