Azərbaycan ordusunun əsgəri vəfat etdi

27 May 2022 21:42

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır:

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir".

Milli.Az