Tbilisidə atışma olub, xəsarət alanlar var

27 May 2022 21:27

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.

Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.

Milli.Az