Gimnastımız İtaliyada qızıl medal qazandı - FOTO

27 May 2022 20:14

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü "Aere Trampoline Cup" beynəlxalq turnirində yığma komandamızın üzvü Bilal Qurbanov 13-16 yaş qrupunda 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb. Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yeri tutaraq finala vəsiqə əldə edib.

Milli.Az