Finlandiya lideri Prezident İlham Əliyevi təbrik edib

27 May 2022 15:20

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məkubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az