"Bunun öz həyəcanı var” - Şəbnəm Tovuzlu gəlinlikdə - VİDEO

28 May 2022 04:22

Müğənni Şəbnəm Tovuzlu maraqlı addımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Tarixin bir günü" verilişinə qonaq olarkən gəlinlik libasından istifadə edib.

Bunu Şəbnəmdən aparıcı Tarix Əliyev xahiş edib. Ş. Tovuzlu deyib ki, 19 il əvvəl toy libası geyinib:

"Mən 2003-cü ildə ilk dəfə gəlinlik geyinmişəm. O zaman da həyəcanlı idim. İndi də bir az kövrəldim. Qızlarımızı anlayıram ki, niyə toyda kövrəlirlər. Bəyaz gəlinliyin öz həyəcanı var".

Milli.Az