Məşhur cütlük ayrıldı

27 May 2022 20:37

Aktrisa Naz Çağla İrmak özündən 16 yaş böyük sevgilisi aktyor Sarp Levendoğlu ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütülk birlikdə çəkdirdikləri fotoları sosial media hesablarından silib və bir-birilərini izləmədən çıxarıblar. Onlar hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Nazla Sarp ötən ilin avqust ayından münasibətdə idi.

Qeyd edək ki, Naz hazırda "Hakim" serialında rol alır.

Milli.Az