Həmkarlarına görə konserti ləğv etdilər

27 May 2022 18:52

Türkiyənin Isparta bölgəsində "cəmiyyətin və gənclərin əxlaqını pozacaq" səbəbilə festival konserti ləğv edilən Melek Mossoya həmkarlarından dəstək gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, eyni festivalda səhnəyə çıxması planlaşdırılan Funda Arar və Derya Uluğ "Melek yoxdursa, biz də yoxuq" prinsipini əsas tutaraq konsertlərini təxirə salıblar.

Milli.Az