«Gəncə Avtovağzalı»ndan gecə qadağası
8 May 2010 12:23
"Gəncə Avtovağzal" ASC-dən APA-ya verilən məlumata görə, Nəqliyyat Nazirliyi tərəfindən verilən göstərişə əsasən, bu qərarın əsas səbəbi sərnişinlərin təhlükəsizliyinin təmin olunmasıdır. Bu qərara uyğun olaraq, avtovağzal səhər saat 07:00-dan başlayaraq axşam saat 18:00-dək avtobus reyslərini həyata keçirməyə başlayıb. Sərnişindaşımada sıxlığın yaranmaması üçün artıq Gəncədən Bakı istiqamətində hərəkət edən avtobusların intervalı 1 saatdan 30 dəqiqəyədək azaldılıb.
Qeyd edək ki, "Gəncə Avtovağzal" ASC rəhbərliyi sərnişindaşımada sıxlıq yaranacağı təqdirdə marşruta əlavə avtobusların çıxarılacağını bildirib.
/APA/