Yaponiya İmperatoru İlham Əliyevi təbrik edib

27 May 2022 12:06

Yaponiyanın İmperatoru Naruhito Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram".

Milli.Az