Yeni Galaxy A33 | A53 | A73 - gəlin Samsung-un "heyrətamiz" smartfonlarına daha yaxından nəzər salaq

27 May 2022 11:35

Bir müddət öncə Samsung, Galaxy A73, A53, A33, A23 və A13-dən ibarət "heyrətamiz" Galaxy A seriyasını təqdim etmişdir. Əgər siz də sosial şəbəkələrdən aktiv istifadə edirsinizsə, sevimli smartfonunuzdan bir dəqiqə belə ayrılmırsınızsa, həyatdan hər şeyi əldə etməyi sevirsinizsə və bir anı belə qaçırmırsınızsa, onda bu seriyanın parlaq smartfonları sizə cihazlardan istifadədə yeni təcrübə bəxş edəcək.

Smartfonlar parlaq müasir dizayna malikdir və korpus AmbientEdge üslubunda plastikdən hazırlanıb, yəni burada kamera modulu korpusa axarı bir şəkildə birləşir. Mat örtük istifadədə rahat və zövq oxşayandır. Cihazlar müxtəlif rənglərdə mövcuddur. Galaxy A53 və A33 qara, ağ, mavi və şaftalı rənglərində təqdim edilir, istehsalçı isə onları qeyri-adi şəkildə adlandıraraq- "heyrətamiz" adı ilə təltif edib. Galaxy A73-ün rəngləri isə digər modellərdən fərqli olaraq heyrətamiz ağ, nanə və boz rənglərdə təqdim olunur. Lakin bu, smartfonların bir-birindən fərqləndirən yeganə amil deyil.

Burada Galaxy A73 məhsul xəttində ən böyük ölçüyəsahibdir (6,7"). O, həmçinin FHD+ Super AMOLED, Infinity O displeyinə malikdir. Displeyin belə adlandırılması, selfi kamerasının ekrandakı O-şəkilli dəlikdə yerləşdirilməsindən irəli gəlir. Ön kamera  32 MP-lik matrisaya malikdir. Əsas kamera bloku isə dörd linzadan və flaş işıqdan ibarətdir. Bu modelin məhsul xəttində mövcud olan digər cihazlardan əsas fərqləndiricikeyfiyyətlərindən biri də elə məhz  buradadır. Beləliklə, əsas modul 108 MP sensor (f/1.8, OIS) və hibrid optik zoomtəchiz edilmişdir. Ardınca 12 MP ultra geniş və 5 MPiki obyektiv yerləşdirilmişdir ki, bunlardan biri dərinlik sensorudigəri isə makro linzadır. Bu dəst sayəsində smartfon həqiqətən heyrətamiz fotoşəkillər yaradır.

Həmçinin, smartfonGalaxy A53 və A33-dən fərqli olaraq, Adreno 642L sürətləndiricisi ilə təchiz olunmuş Snapdragon 778G (6 nm)  prosessoru üzərindən işləyir.

SamsungGalaxy A53 və Galaxy A33 modelləri olduqca oxşardır, onlar hətta, SoCExynos 1280 adlanan, eyni aparat bazasına malikdirlər. Lakin, smartfonları biri birindənfərqləndirən amillərdə mövcuddur ki, bunlardan smartfonların ölçüsünü qeyd etmək olar, belə ki,Galaxy A33 icazəsi  6,4", A53 isə  6,5" təşkil edir. Hər iki cihazın FHD + AMOLED displeyi ilə təchiz olunmasına baxmayaraq, smarfonlarınekranları fərqlidir: A33 üçün bu Infinity-U, Galaxy A53 üçün isə bu Infinity-O-dur. Həmçinin A53 modelinin ekranındatəsvir yeniləmə tezliyi 120 Hz, Galaxy A33-də isə cəmi 90 Hz-ə təşkil edir. Hər iki smartfonda əsas kamera bloku 4 obyektivdən ibarətdir:

• Galaxy A53 - 64 MP (optik stabilizasiya) + 12 MP (ultra geniş bucaq) + 5 MP (dərinlik) + 5 MP (makro). Ön kamera icazəsi isə 32 MP.

• Galaxy A33 - 48 MP (optik stabilizasiya) + 8 MP (ultra geniş bucaq) + 2 MP (dərinlik) + 5 MP (makro). Ön kamera  - 13 MP.

Qeyd edək ki, məhsul xətində təmsil olunan bütün smartfonlar IP67 standartına uyğun olaraq su və tozdan qorunur. Smartfonlar5000 mAh tutumlu akkumulyatorlar ilə təchiz olunublar ki, bu da sizə gün ərzində aktiv həyat tərzi keçirməyə imkan verəcək. Bundan əlavə, 25W sürətli yükləmə, təqdim olunan hər 3 modeldə mövcuddur. Həmçinin, bütün smartfonlarMScard-ın köməyi ilə daxili yaddaşın 1 TB-dəkgenişləndirilməsini dəstəkləyir. Bununla yanaşı, kartslotuikinci SİM kart və əlavə yaddaş arasında seçim tələb etmir, o hibrid deyil. Smartfonlar iki versiyada buraxılır:6/8 QB RAM və 128 / 256 QB daxili yaddaşa malik modellər.

SamsungGalaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin BakuElectronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, WorldTelecomvə Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.