Elza şəhid ailəsindən yardım təklifi aldı, efiri tərk etdi - VİDEO

27 May 2022 20:15

Əməkdar artist Elza Seyidcahana "Səni axtarıram" proqramında şəhid ailəsindən məktub gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı şəhid atasının sənətçiyə pul da göndərdiyini bildirərək onu məktubu oxumaq və qərarını vermək üçün kulisə göndərib. Yazılanları oxuduqdan sonra studiyaya qayıdan Elza Seyidcahan Xoşqədəm Hidayətqızı ilə vidalaşıb və ona yardım edən hər kəsə təşəkkürünü bildirib:

"Fəxr edirəm ki, məni bu qədər sevirlər. Şəhid ailələrinin, qazilərin qarşısında baş əyirəm. Salyanın Xələc kəndindən olan şəhidimiz Samir Mehdiyevin atası Valeh müəllim pul göndərir. Məktubda yazıb ki, verilişdən ayrıl, qalan məbləği mən sizə kömək edəcəyəm. Amma onlara qıymıram. Valeh müəllimin fikrinə hörmətlə yanaşıram, ancaq qərarımı hələ deyə bilmirəm. Ola bilsin ki, sabah verilişə gəlməyim. Sizə zəng edib xəbər edəcəm. Şad oldum proqramınızda olmaqdan. Xoşqədəm xanım özünüzü qoruyun, ehtiyatlı olun". 

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Milli.Az