"Oğlum buna görə maşınını satacaq" - Elza Seyidcahan

27 May 2022 16:37

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərin yardımından imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  sənətçi "Səni axtarıram" proqramında 8500 manat borcu qaldığını deyib. O bildirib ki, oğlu ona yardım etmək üçün avtomobilini satacaq:

"Anam 100 minlik evini 75 min manata satdı. Oğlum kirayədə yaşayır, 15-16 minlik maşını var. Satsa, ziyan edəcək. Oğlumun övladı var. Pulu özüm üçün yığsam, deyərəm, eyibdir efirə çıxmağım, gətir pul ver. Oğlum mənə min manat yardım edib".

Milli.Az