Məşhur aktrisa bir gündə sırf reklamdan 116 min qazanır

27 May 2022 12:30

Özündən 15 yaş kiçik Nazım Akmandillə eşq yaşayan və sevgilisi ilə yayın sonunda evlənməyə hazırlaşan Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy gündəlik qazancı ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reklam məzmunlu, reklam məzmunlu paylaşıma görə isə 150 min TL (15 570 AZN) alan 46 yaşlı aparıcı yalnız may ayında sosial şəbəkəsində 5 fərqli brendin reklamını edib.

"Pırlanta" markasının reklamından 2 milyon TL, moda markası ilə əməkdaşlıqdan isə 1 milyon TL alan aparıcı sosial mediadan ümumilikdə 600 min TL qazanıb. Beləliklə, Esmersoy yalnız may ayında 3 milyon 600 min TL qazanıb.

Məşhur aparıcının gündəlik gəlirinin təxminən 116 min TL olduğu deyilir.

Milli.Az