İstanbulda silahlı şəxs havaya atəş açıb - VİDEO

27 May 2022 16:30

İstanbulun Esenyurt səmtinin Zafer Məhəlləsində narkotikin təsiri altında olan şəxs təsadüfən havaya atəş açıb. Atəş səsini eşidən vətəndaşlar təşviş içində qaçmağa başlayıb. Təsadüfən hadisə yerində olan polis qrupları dərhal müdaxilə edərək şəxsi saxlayıb. Həmin anlar kameraya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, silahı əlindən alındıqdan sonra yerə uzadılan şəxs əlinə qandal taxılaraq təsirsiz hala gətirilib və polis bölməsinə aparılıb.

Milli.Az