Amerikada "Ərimi necə öldürüm?" və "Səhv ər" kitabının yazıçısı Nensi Krempton Brofinin məhkəməsi baş tutub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 2018-ci ildən aparılan araşdırmaların nəticəsində 71 yaşlı yazıçı həyat yoldaşı Deniel Brofini öldürdüyü üçün 2-ci dərəcəli təqsirkar hesab olunub. Səkkiz saat davam edən məhkəmədə yazıçıya ömürlük həbs cəzası verilməsi tələb olunub. Qərar isə iyunun 13-də açıqlanacaq.
Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib. Yazıçının ərini sığortadan 1.5 milyon dollar təzminat almaq üçün də öldürdüyü də iddialar arasındadır.
Milli.Az