Son günlər yağan aramsız yağışlar və dolu düşməsi nəticəsində Ağdamın kənd təssərrüfatına ciddi ziyan dəyib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yağışlı hava ümumilikdə 83 fermerə məxsus 397.92 hektar pambiq sahəsini məhv edib.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) Trend-ə verilən məlumata görə dəymiş ziyanın aradan qaldırılması üçün 30 hektar sahədə təkrar səpin işləri aparılıb, 192.92 hektar sahədə isə takrar səpinin aparılması nəzərdə tutulub.
DAİM-dən o da bildirilib ki, rayonun Ergi ərazisində Xəqani Əliyevə məxsus 86 hektar buğda sahəsinə ziyanlıq dəyib. Rayon ərazisindən keçən Qarqar çayının daşması nəticəsində Əfətli kəndində 78 hektar qarğıdalı, 3 hektar soğan sahəsinə ziyan dəyib.
Milli.Az