Əli Əhmədov: “Prezident İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakdan imtinası Ermənistan tərəfinə bir siqnaldır”
8 May 2010 12:16
"Bu, Prezident tərəfindən atılan düzgün addım idi. Əsas səbəb Şuşanın işğalında iştirak edən adamların Ermənistanda rəhbərlik etməsi ilə bağlıdır". Bunu şənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib. O, hesab edir ki, Azərbaycan Prezidentinin bu addımı Ermənistan tərəfinə bir siqnaldır: "Azərbaycan tərəfi bir daha sübut edir ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən, Ermənistanla hər hansı münasibətlərdən söhbət gedə bilməz. Bu isə o deməkdir ki, Qafqazda sülhə nail olmaq üçün mütləq Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".