Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib

26 May 2022 11:16

Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramının - Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram".

Milli.Az