Serenay tarixi seriala çəkilir

26 May 2022 13:22

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya tarixi seriala çəkilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ekran işi 1981-ci ildə həyatını itirən teatr və kino ustadı Cahide Sonkunun həyatından bəhs edəcək.

Sarıkayanın baş obraz olduğu sənədli serial rəqəmsal platformada yayımlanacaq. 

Qeyd edək ki, serialın adı hələlik açıqlanmayıb. 

Milli.Az