Hollivud ulduzu yuxuda dünyasını dəyişdi

26 May 2022 21:48

Hollivud aktyoru və prodüseri Rey Liotta Dominikan Respublikasında 67 yaşında vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə TMZ xəbər yayıb.

Məlumata görə, Rey adada "Təhlükəli sular" filminin çəkilişində olub və yuxuda olarkən keçinib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Milli.Az