Abşeronda 31 yaşlı qadını avtomobil vurub

26 May 2022 08:47

Abşeronda 31 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Kərimova Vahidə Vahid qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az